ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Fələstinlilərin əsas ehtiyacları üçün Qəzzanın şimalına 13-cü dəfə yardımın hava yolu ilə çatdırıldığını açıqlayıb.
525.az xəbər verir ki, CENTCOM-dan verilən açıqlamada: "ABŞ Mərkəzi Komandanlığı davam edən qarşıdurmalardan zərər çəkmiş mülki şəxslərə humanitar yardım göstərmək məqsədilə 17 mart 2024-cü il yerli vaxtla saat 12:06-da Qəzzanın şimalına havadan humanitar yardım həyata keçirib", - deyə bildirilib.
Qeyd edək ki, paraşütlə atılan yardım paketlərində ən az 28 min 800 hissəlik yemək və 34 min 500 yarım litrlik şüşə su olduğu açıqlanıb.
Məhəmməd Tağıyev