Qəzza zolağına hücumlarda həyatını itirənlərin sayı 7 oktyabr 2023-cü ildən bu yana 32 min 490-a yüksəlib.
525.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında 173 gündür davam edən Qəzza zolağındakı vəziyyətlə bağlı məlumat verilib.
Belə ki, otyabrın 7-dən etibarən Qəzza zolağına edilən hücumlarda həyatını itirənlərin sayının 32 min 490, yaralıların sayının isə 74 min 889-a çatdığı açıqlanıb.
Məhəmməd Tağıyev