Tunisin cənub sahillərində qanunsuz miqrasiya cəhdi zamanı gəmiləri batan 5 miqrantın cəsədi tapılıb, 663 miqrant xilas edilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Tunis Milli Qvardiya Baş Administrasiyasının sosial media hesabından qeyri-qanuni miqrasiya təşəbbüsləri ilə bağlı açıqlama verilib.
Açıqlamada: "Sfaks şəhəri sahillərində qarşısı alınan 16 nizamsız miqrasiya cəhdi zamanı 5 immiqrantın cəsədi tapılıb, 663 immiqrant xilas edilib. Hərbi Dəniz Qüvvələri və silahlı qüvvələrin mülki müdafiə qruplarının axtarış-xilasetmə işləri davam edir", - deyilib.
Malik Atilay