İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani İsraili Rəfaha girməməyə çağırdıqlarını və İsrailin bunun səhv olacağını başa düşəcəyinə ümid etdiyini bildirib.
525.az xəbər verir ki, Tayani: "Biz İsraili Rəfaha girməməyə çağırdıq. Ümid edirəm ki, İsrail bunun səhv olduğunu və nəticədə bir çox mülki vətəndaşın əziyyət çəkəcəyini anlayacaq", - deyib.
İsraildən Rəfahda müharibənin davam etməməsini istədiklərini vurğulayan Tayani, İtaliya hökuməti olaraq girovların geri qaytarılması və Qəzzada mülki əhaliyə ərzaq yardımı çatdırılmasının tərəfdarı olduqlarını bir daha vurğulayıb.
Məhəmməd Tağıyev