https://525.az/img/pics/medium/2026-07/396247_qd8psea1k0.png Başımız dünyaya qarışıb gedər
https://525.az/img/pics/medium/2026-07/396246_8eitqtfp95.jpg Bilirəm, bilmədiniz mənim bildiklərimi
https://525.az/img/pics/medium/2023-12/294198_xq94iwvayz.jpg İran müharibəsində daha da kəskinləşən prosesin məntiqi nəticəsi - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
search
3 İyul 2026

Yaşıl meydançada saxtakarlıq

Yaşıl meydançada saxtakarlıq
Azərbaycan futbolunda biabırçı hadisə qeydə alınıb.

Lent.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən məlumatına görə, I divizionun III turu çərçivəsində keçirilən “Mil-Muğan” – “Turan-T” oyununda “Turan-T” klubu protokolda etiraz edib.

Belə ki, “Mil-Muğan” komandasının futbolçusu Fərid İbrahimlinin əvəzinə klubun digər futbolçusu Məhərrəmov Orxanın oyunda iştirak edib. Matçın hakiminin iştirakı ilə hər iki futbolçunun sənədləri yoxlanılıb. Nəticədə saxtakarlıq aşkar olunub.

Futbol Federasiyasının İntizam Komitəsi “Mil-Muğan”a limiti pozduğuna görə 0:3 hesablı texniki məğlubiyyət verib. Eləcə də, klub 1000 manat cərimə olunub. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalıb. Vurulan qollar isə ləğv edilib.
 
"Mil-Muğan"ın baş məşqçisi Mətləb Məmmədov saxtakarlıq etdiyinə görə, 1 il müddətinə futboldan kənarlaşdırılıb.

Onu da qeyd edək ki, “Turan-T” klubunun 2 futbolçusu - Taleh Qasımov və Rəşad Orucov hakimi təhqir etdiyinə görə 4 oyun cəza alıb. Klub isə 800 manat cəzalandırılıb.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.