https://525.az/img/pics/medium/2026-07/396353_naw8rf34y9.jpg Başımız dünyaya qarışıb gedər
https://525.az/img/pics/medium/2026-07/396246_8eitqtfp95.jpg Bilirəm, bilmədiniz mənim bildiklərimi
https://525.az/img/pics/medium/2023-12/294198_xq94iwvayz.jpg İran müharibəsində daha da kəskinləşən prosesin məntiqi nəticəsi - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
search
3 İyul 2026

Korrupsiya qalmaqalına görə FİFA məmurları vergi imtiyazlarından məhrum edildi

Korrupsiya qalmaqalına görə FİFA məmurları vergi imtiyazlarından məhrum edildi
İsveçrə hökuməti 2018-ci və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarının ev sahiblərinin seçimində baş vermiş korrupsiya qalmaqalına görə FİFA məmurlarını vergi imtiyazlarından məhrum edib.
 
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Estado” nəşri məlumat yayıb. 
 
Qeyd olunan qərar barədə bu gün İsveçrənin ədliyyə naziri Simonetta Sommaruqa açıqlamasında bildirib.

“FİFA məmurlarının hesabları ən qəddar diktatorların hesablarına dair olan yanaşma ilə yoxlanılacaq”, deyə  isveçrəli deputat Roland Bühel bildirib.
 
Qeyd edək ki, mətbuatın yazdığına görə, Asiya Futbol Konfederasiyasının keçmiş prezidenti və FİFA-nın İcraiyyə Komitəsinin keçmiş üzvü qətərli Məhəmməd bin Həmmam Qətərin mundiala ev sahibliyi etməsi üçün FİFA məmurlarına 5 milyon dollar rüşvət verib.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.