https://525.az/img/pics/medium/2026-07/396353_naw8rf34y9.jpg Başımız dünyaya qarışıb gedər
https://525.az/img/pics/medium/2026-07/396246_8eitqtfp95.jpg Bilirəm, bilmədiniz mənim bildiklərimi
https://525.az/img/pics/medium/2023-12/294198_xq94iwvayz.jpg İran müharibəsində daha da kəskinləşən prosesin məntiqi nəticəsi - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
search
3 İyul 2026

Fariz Məmmədov dünya onluğuna düşdü

Fariz Məmmədov dünya onluğuna düşdü

“Qəbələ” idman klubunun üzvü Fariz Məmmədov Ümumdünya Boks Təşkilatının (WBO) sentyabr ayı üçün açıqlanan yeni reytinq cədvəlində mövqeyini gücləndirib.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, F.Məmmədov hələ iyunun 8-də almaniyalı Mattias Pelkə nokautla qalib gəlib WBO-nun Avropa kəmərinə sahib çıxmaqla orta yungül çəki dərəcəsində (66.68 kq) dünyanın ən güclü 10 boksçusu sırasına düşüb. İndi idmançımız avqust ayı ilə müqayisədə mövqeyini daha da gücləndirib.

Ötən ay doqquzuncu yerdə olan F.Məmmədov sentyabrda bir pillə də irəliləyib və hazırda öz çəki dərəcəsi üzrə dünyada səkkizincidir.

Bu çəkidə reyqinq cədvəlinə mütləq dünya çempionu, meksikalı Xuan Manuel Markes başçılıq edir. Namibiyalı Behtel Ushona ikinci, amerikalı Timoti Bredli isə üçüncüdür.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.