https://525.az/img/pics/medium/2026-07/396247_qd8psea1k0.png Başımız dünyaya qarışıb gedər
https://525.az/img/pics/medium/2026-07/396246_8eitqtfp95.jpg Bilirəm, bilmədiniz mənim bildiklərimi
https://525.az/img/pics/medium/2023-12/294198_xq94iwvayz.jpg İran müharibəsində daha da kəskinləşən prosesin məntiqi nəticəsi - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
search
3 İyul 2026

“Azərbaycan 500 min dolları ödəyib”

“Azərbaycan 500 min dolları ödəyib”

Azərbaycan millisi Beynəlxalq Ağır Atletika Federasiyasının cəriməsini ödəyib.
 
Apasport.az saytı xəbəb verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
 
O bildirib ki, beynəlxalq federasiyanın 500 min dolları ödənilsə də, hələlik bəzi məsələlər açıq qalıb:

“Onlarla bağlı müzakirələr aparılır. Beynəlxalq federasiya indiyə qədər nazirliyin suallarına cavab verməyib. Məsələn, “Nə üçün idmançının dopinq-testdən keçə bilməməsi 1 ildən sonra açıqlanır?””

Rəhimovun sözlərinə görə, ağır atletika millimiz noyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatına da qatılacaq.
 
Qeyd edək ki, Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) 500 min dollar cərimə kəsən Beynəlxalq Ağır Atletika Federasiyası 18 atletimizi cəzalandırıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.