https://525.az/img/pics/medium/2026-07/396247_qd8psea1k0.png Başımız dünyaya qarışıb gedər
https://525.az/img/pics/medium/2026-07/396246_8eitqtfp95.jpg Bilirəm, bilmədiniz mənim bildiklərimi
https://525.az/img/pics/medium/2023-12/294198_xq94iwvayz.jpg İran müharibəsində daha da kəskinləşən prosesin məntiqi nəticəsi - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
search
3 İyul 2026

UEFA "Qarabağ"ın rəqibini cərimələyə bilər

UEFA "Qarabağ"ın rəqibini cərimələyə bilər

UEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter"i "Mailiyyə Fair Play" testindən keçirməyə hazırlaşır.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, "İnter"lə yanaşı, "Liverpul", "Monako" və "Roma"nın "Maliyyə Fair Play" qaydalarını pozduğu  iddia edilir.

Bununla bağlı UEFA həmin klublara rəsmi bildiriş göndərib. Qitənin ali futbol qurumu sözügedən klublardan maliyyə durumları ilə bağlı yeni sənədlər təqdim etməsini tələb edib.

Əgər bu klubların maliyyə qaydalarını pozduğu təsdiqlənərsə, onlar böyük ehtimalla cərimələnəcəklər.

UEFA-nın bununla bağlı qərarı sabah açıqlayacağı gözlənilir.

Qeyd edək ki, bundan əvvəl PSJ və "Mançester Siti" trasferlərə çoxlu pul xərcləyərək "Maliyyə Fair Play" qaydasını pozduğu üçün cərimələniblər.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.