|
|
|
|
Britaniyanın "easyJet" hava yolu şirkəti təhlükəsizlik səbəbilə oktyabrın 27-dək Təl-Əvivə uçuşları dayandırdığını açıqlayıb.
525.az xəbər verir ki, aviaşirkətdən verilən açıqlamada İsraildəki davam edən vəziyyət səbəbiylə "easyJet"in yay mövsümü də daxil olmaqla Təl-Əvivə uçuşlarının oktyabrın 27-dək dayandırılmasına qərar verdiyi bildirilib.
Açıqlamada qeyd olunan tarixə qədər bileti olan sərnişinlərə ödənişin geri qaytarılması da daxil olmaqla müxtəlif variantların təklif ediləcəyi bildirilib.
Məhəmməd Tağıyev