|
|
|
|
Meksikada şəxsi helikopterin qəzaya uğraması nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, helikopter paytaxt Mexiko şəhərinin Koyoakan bölgəsində qəzaya uğrayaraq alovlanıb.
Hadisə zamanı 3 nəfər həyatını itirib, əraziyə axtarış-xilasetmə qrupları sövq edilib.
Şahidlərin sözlərinə görə, pilot helikopterin bazar meydanına çırpılmasının qarşısını almaq üçün son anda manevr edib.
Qeyd edək ki, qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Malik Atilay