|
|
|
|
Xorvatiyada xalq ümumi seçkilərdə səs vermək üçün sandıq başına gedib.
525.az xəbər verir ki, xorvatiyalı seçicilər yerli vaxtla saat 07:00-da ölkə daxilində və xaricdə yaradılmış seçki mərkəzlərində səs verməyə başlayıb.
Xorvatiyada 151 yerlik milli parlamentə daxil olmaq üçün 2302 namizədin mübarizə apardığı seçkilərdə səsvermə saat 19:00-da başa çatacaq.
Qeyd edək ki, seçkidən əvvəl aparılan sorğulara görə, favorit kimi hakim sağ mərkəzçi partiya olan Xorvatiya Demokratik İttifaqı (HDZ) göstərilir.
Məhəmməd Tağıyev