Somalidə "Əş-Şəbab" terror təşkilatına qarşı keçirilən əməliyyatda təşkilatın 10 üzvünün zərərsizləşdirildiyi bildirilib.
525.az xəbər verir ki, Somali Müdafiə Nazirliyindən verilən açıqlamada ölkənin cənubundakı Taflow Bay bölgəsində "Əş-Şəbab"a qarşı əməliyyat keçirildiyi bildirilib.
Açıqlamada təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatda 10 "Əş-Şəbab" üzvünün öldürüldüyü qeyd edilib. Əməliyyat zamanı təşkilat üzvlərinə məxsus silah və hərbi sursatların ələ keçirildiyi bildirilib.
Qeyd edək ki, Somali ordusu terror təşkilatına qarşı əməliyyatlarını artırarkən, "Əş-Şəbab" da mülki və hərbi bölgələri hədəf almağa davam edir.
Məhəmməd Tağıyev