|
|
|
|
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Avropadan Ukraynaya daha çox kömək etməyi tələb edib.
525.az xəbər verir ki, onun sözlərini "Fox News" yayıb.
Eks-prezident ABŞ-nin Ukrayna ilə arasında bütöv bir okean olmasına baxmayaraq, Avropadan daha çox pul verməsindən çaşdığını dilə gətirib. O izah edib ki, Ukraynanın gücü Vaşinqton üçün vacibdir, lakin coğrafi yaxınlığına görə o, Avropanı daha çox narahat etməlidir.
Sabiq lider Avropanı bu vəziyyəti dəyişməyə çağırıb. o, həmçinin ABŞ-nin hazırkı prezidenti Co Bayden administrasiyasını və demokratları indi baş verən hadisələrə görə günahlandırıb. Tramp əmin edib ki, o, prezident olsaydı, münaqişə heç vaxt başlamazdı.
Havar Şəfiyeva