|
|
|
|
ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü tələb edən qətnamə layihəsinə veto qoyub.
525.az xəbər verir ki, Fələstinin BMT-yə tam üzv olmasını tələb edən qətnamə layihəsi Əlcəzair tərəfindən 15 üzvdən ibarət BMT TŞ-də səsverməyə çıxarılıb. ABŞ-nin "xeyr" səsi verdiyi qanun layihəsinə 12 "hə" və 2 "bitərəf" səs verilib.
Böyük Britaniya və İsveçrə "bitərəf" qaldığı halda, Rusiya, Çin, Fransa, Əlcəzair, Malta, Ekvador, Qayana, Sloveniya, Sierra Leone, Mozambik, Cənubi Koreya və Yaponiya "hə" səsi verib.
Məhəmməd Tağıyev