ABŞ-nin Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana hərbi dəstək, eləcə də Rusiyanın dondurulmuş aktivlərinin müsadirə olunaraq Kiyevə verilməsi barədə qanunu təsdiqləyib.
APA-nın məlumatına görə, bu barədə qərar səs çoxluğu ilə qəbul edilib.
Eyni zamanda ABŞ Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollara yaxın əlavə yardım haqqında qanun qəbul edib
Bundan əlavə Tayvana 8 milyard dollarlıq dəstəyi nəzərdə tutan qanun da palatadan keçib.
Qanunverici orqan Çinə əlavə sanksiyalar paketini də qəbul edib.