Almaniyanın qərbindəki Olpe şəhəri yaxınlığında avtobusun aşması nəticəsində 27 məktəbli xəsarət alıb.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, avtobusda Marburqdan İngiltərəyə gedən əsasən 15-17 yaşlı məktəblilər olub. A45 şosesində avtobus qəfildən yoldan çıxaraq aşıb.
Dörd yeniyetmə ağır yaralanıb və xəstəxanaya aparılıb. Avtobus sürücüsü də yüngül xəsarətlər alıb. Qəzanın səbəbləri aydınlaşdırılır.