|
|
|
|
Yaponiya Özünümüdafiə Qüvvələrinə (SDF) məxsus iki hərbi helikopterin Sakit okeanda təlim zamanı qəzaya uğraması nəticəsində azı bir nəfər ölüb.
525.az xəbər verir ki, SDF-yə məxsus hər birində 4 ekipaj üzvü olan iki hərbi helikopter Sakit okeanda keçirilən təlim zamanı qəzaya uğrayıb.
SDF-nin verdiyi açıqlamada yerli vaxtla saat 22:38 və 23:04-də "SH-60K" tipli helikopterlərlə əlaqənin kəsildiyi, bölgədə başladılan axtarış tədbirləri zamanı bir nəfərin cəsədinin tapıldığı bildirilib.
Qəzadan sonra itkin düşən 7 nəfərin axtarışlarının davam etdiyi bildirilərkən, "SH-60K" tipli helikopterlərin iştirak etdiyi bütün təlimlərin müvəqqəti olaraq dayandırıldığı qeyd edilib.
Məhəmməd Tağıyev