Avropa Parlamentinin Belçikadan olan üzvü Assita Kanko İranın aprelin 13-dən 14-nə keçən gecə İsrailə hücumu ilə əlaqədar Tehrana qarşı yeni sanksiyaların tətbiqinə çağırıb.
525.az xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.
Məlumata görə, Kanko Avropa İttifaqının diplomatiya rəhbəri Cozep Borrellə müraciətində ölkəyə ballistik raketlərin yaradılması üçün komponentlərin tədarükünə qadağa qoyulmasını nəzərdə tutan yeni sanksiyalar növü təklif edib.
Qeyd edək ki, aprelin 1-də İsrail Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinin yanındakı binaya hücum edib. Hücum zamanı diplomatik missiya binası dağıdılıb, 16 nəfər həlak olub. Aprelin 13-dən 14-nə keçən gecə isə İran İsrailə hücüm edib.
Havar Şəfiyeva