|
|
|
|
Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib.
525.az xəbər verir ki, Şimali Koreyanın xarici iqtisadi əlaqələr naziri Yun Jung Ho-nun rəhbərlik etdiyi Pxenyan nümayəndə heyətinin İrana rəsmi səfər çərçivəsində getdiyi bildirilib. Belə ki, Şimali Koreya lideri Kim Çen In diplomatik təcriddən çıxmaq üçün ABŞ-ə qarşı olan ölkələrlə əməkdaşlığı inkişaf etdirməyə çalışır.
Qeyd edək ki, Pxenyan COVID-19 tədbirləri çərçivəsində sərhədlərini bağlayana qədər Tehranla diplomatik əlaqələri davam etdirmişdi.
Məhəmməd Tağıyev