|
|
|
|
Avstraliya polisi aprelin 15-də Sidneydəki Christ The Good Shepherd kilsəsində ibadət zamanı edilən hücumla bağlı aparılan istintaq çərçivəsində 7 nəfərin saxlanıldığını bildirib.
525.az xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib.
Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirən Hudson, nəzarətə alınan 15-17 yaş arası 7 gəncin ifrat və şiddətli bir ideologiyadan təsirləndiyini iddia edib.
Qeyd edək ki, aprelin 16-da Yeni Cənubi Uelsin baş prokuroru hücumun terror aktı kimi araşdırılacağını açıqlamışdı.
Məhəmməd Tağıyev