
2014-cü ilin ədəbiyyat üzrə Nobel mükafatı Fransa yazıçısı Patrik Modianoya verilib.
“Media forum” saytı xəbər verir ki, İsveç Akademiyası bu qərarını oktyabrın 9-da açıqlayıb.
Akademiya qərarını izah edərkən bildirib ki, Modiano yaddaşın məharəti hesabına ən ağlasığmaz insan talelərini, işğal həyatını açıb göstərməyi bacarıb.
Patrik Modiano 1945-ci ildə anadan olub. İlk romanı (“Ulduz meydanı”) 1968-ci ildə işıq üzü görmüş yazıçının demək olar bütün əsərləri avtobioqrafik xarakter daşıyır və ya İkinci Dünya müharibəsində Fransanın işğal olunması ilə əlaqədardır.



