
BMT Təhlükəsizlik Şurasının beş yeni qeyri-daimi üzvü seçilib.
525.az xəbər verir ki, Baş Assambleyada keçirilən səsvermənin nəticələrinə əsasən
Yunanıstan, Danimarka, Pakistan, Panama və Somali 2025-ci il yanvarın 1-dən BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvləri olacaqlar.
Təhlükəsizlik Şurasının yeni üzvləri səlahiyyət müddəti 2024-cü il dekabrın 31-də başa çatacaq Malta, Mozambik, İsveçrə, Ekvador və Yaponiyanı əvəz edəcəklər.
BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü var və beş dövlət rotasiya çərçivəsində hər il dəyişir.
BMT TŞ-ya 15 dövlət daxildir: beş daimi üzv - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çindir. "Böyük beşlik"dən fərqli olaraq qeyri-daimi üzvlər veto hüququna malik deyillər.



