|
|
|
|
NATO Almaniyadan Silahlı Qüvvələrinin sayını artırmağı tələb edir.
525.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
2023-cü ildə G7 ölkələri Rusiya ilə real münaqişə vəziyyətində NATO səviyyəsində tələbləri formalaşdırıb, oraya əlavə korpus, bölmə və briqadalar haqqında bənd daxil edilib.
“Bu o deməkdir ki, Bundesverə əlavə 75 min əsgər lazımdır”, - məlumatda deyilir.
Beləliklə, Almaniya silahlı qüvvələrinin sayı 465 min hərbçiyə qədər artmalıdır. Hazırda Almaniya NATO-nun birləşmiş qüvvələrinin cəmi 10%-ni təşkil edir, Alyans isə öz gücünü 50% artırmaq niyyətindədir. Bütün bunların fonunda son aylar Almaniyada hərbi xidmətə çağırışın qaytarılması müzakirə olunur.