|
|
|
|
BMT-nin baş katibi Antonio Qutereş İsrail ordusunu "silahlı münaqişə zonalarında uşaqlara zərər verən" ölkələrin siyahısına daxil edib.
525.az xəbər verir ki, bu barədə İsrailin BMT-dəki Daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT-nin baş katibindən İsraili münaqişə zamanı uşaqların müdafiəsini yaxşılaşdırmaq üçün adekvat tədbirlər görməyən ölkələr və silahlı təşkilatlar siyahısına daxil etmək qərarına dair rəsmi bildiriş aldı", - missiyanın şərhində deyilir.
Daimi nümayəndə bu qərardan son dərəcə sarsıldığını və qəzəbləndiyini bildirib. Onun sözlərinə görə,
İsrail ordusu dünyanın ən əxlaqlı ordusudur və bu, yalnız terrorizmi təbliğ edən və HƏMAS-ı mükafatlandıran əxlaqsız bir qərardır.