https://525.az/img/pics/medium/2026-07/396353_naw8rf34y9.jpg Başımız dünyaya qarışıb gedər
https://525.az/img/pics/medium/2026-07/396246_8eitqtfp95.jpg Bilirəm, bilmədiniz mənim bildiklərimi
https://525.az/img/pics/medium/2023-12/294198_xq94iwvayz.jpg İran müharibəsində daha da kəskinləşən prosesin məntiqi nəticəsi - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
search
3 İyul 2026

Suarez meydana qayıtdı

Suarez meydana qayıtdı
Luis Suarez 4 aylıq fasilədən sonra ilk dəfə Səudiyyə Ərəbistanı-Uruqvay yoldaşlıq görüşündə meydana çıxıb.
 
Lent.az-ın Türkiyənin “Fanatik” qəzetinə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı-Uruqvay oyunu rəsmi status daşımadığından L.Suarez meydana çıxıb. 
 
70 dəqiqə meydanda olan L.Suarez komandasının vurduğu yeganə qolda pay sahibi olub. Oyunun 46-cı dəqiqəsində “Barselona”lı hücumçunun zərbəsi Səudiyyə Ərəbistanının müdafiəçisi Hassan Muat Fallataha dəyərək tora daxil olub. Səudiyyə Ərəbistanı-Uruqvay 1:1 hesabı ilə başa çatıb.
 
L.Suarezin klubdakı cəzası isə 25 oktyabrda bitir. Həmin gün “Santiyaqo Bernabeu”da keçiriləcək “Real” Madrid və “Barselona” qarşılaşmasında L.Suarezin meydana çıxması gözlənilir.
 
L.Suarez bu il Braziliyada keçirilən dünya çempionatında İtaliya ilə oyunda rəqib komandanın müdafiəçisi Corcio Kyellinini dişlədiyi üçün FİFA tərəfindən 4 ay futboldan və 9 oyun yığmada oynamaq hüququndan məhrum edilmişdi.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.