https://525.az/img/pics/medium/2024-06/317433_frjhxxmzl8.jpg XOŞBƏXT MƏZAR - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2024-06/317432_rklihhaf1l.png Ədə­bi köşk: Nə var, nə yox?
https://525.az/img/pics/medium/2024-06/317439_gtijqocnie.jpg "Od nə çəkdi..."
https://525.az/img/pics/medium/2024-06/317823_ezifwnjnw5.jpeg “Gərək Alim Qasımovun pərəstişkarı olmazdım” - Əməkdar müəllim
search
20 İyun 2024
19 İyun 2024

Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Musa Qurbanlı “Qarabağ”a qayıtdı

"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

QOL.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi hücumçu Musa Qurbanlını heyətinə cəlb edib.

Klubla 22 yaşlı forvard arasında üç illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.

Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-2020-ci illərdə komandanın formasını geyinib. Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan klubun uğurları üçün çalışan Musa 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib.

Qeyd edək ki, klubun yeni transferi Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.