https://525.az/img/pics/medium/2026-07/396244_ycsotk5yon.jpg Vahid günəş hadisəsi - İmir Məmmədlidən yeni esse
https://525.az/img/pics/medium/2026-07/396238_yiwstmwktv.jpg "Zirvədən görünən ömür"
https://525.az/img/pics/medium/2026-07/396353_naw8rf34y9.jpg Başımız dünyaya qarışıb gedər
https://525.az/img/pics/medium/2026-07/396246_8eitqtfp95.jpg Bilirəm, bilmədiniz mənim bildiklərimi
search
3 İyul 2026

Luis Suaresə “Qızıl ayaqqabı” mükafatı verildi

Luis Suaresə “Qızıl ayaqqabı” mükafatı verildi
Ötən mövsüm “Liverpul”un heyətində "Real"ın futbolçusu Kriştianu Ronaldo ilə birgə 31 qolla bombardir olan Luis Suaresə “Qızıl ayaqqabı” mükafatı təqdim edilib.
 
Apasport.az saytının məlumatına görə, hər il Avropa çempionatlarında ən çox qol vuran oyunçuya verilən mükafatın təqdim etmə mərasimi Barselona şəhərində keçirilib.
 
Avropa İdman Mediyası tərəfindən təşkil edilən mərasimdə Uruqvay millisi və “Barselona” klubun hücumçusuna “Qızıl ayaqqabı”nı “Liverpul”un əfsanəvi futbolçusu və ayrı-ayrı dövrlərdə ingilis təmsilçisini çalışdıran Kenni Dalqliş verib. Sabiq oyunçunu isə mərasimə Suaresin özü şəxsən çağırıb.
 
Qeyd edək ki, 27 yaşlı forvard DÇ-2014-də millisinin İtaliya ilə matçında rəqib komandanın müdafiəçisi Corco Kyellinini dişlədiyinə görə 4 ay yaşıl meydanlardan kənarlaşdırılıb. Onun cəzası Beynəlxalq İdman Arbitraj Məhkəməsinin qərarı ilə oktyabrın 24-də sona çatacaq. Suares İspaniya La Liqasının IX turu çərçivəsində oktyabrın 25-də Madrid “Real”ı ilə keçirəcəkləri görüşdə oynaya biləcək.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.