
“Tez yorulma dəmir çatışmazlığı anemiyasının və bəzi digər həyati təhlükəsi olan xəstəliklərin əlaməti ola bilər”.
525.az xəbər verir ki, bu barədə Rusiya Biotexnologiya Universitetinin professoru, tibb elmləri doktoru Qriqori Flaks
Onun sözlərinə görə, tez-tez yorğunluq hiss etmək orqanizmin həddindən artıq yüklənməyə təbii reaksiyasıdır. Bənzər bir problemlə insanlar adətən nevroloqa müraciət edirlər. Lakin, müayinə zamanı təkcə qan azlığı deyil, həm də ürək problemləri, xərçəng və ya qastroenterologiya, pulmonologiya, endokrinologiya və ya urologiya sahəsində xəstəliklər aşkarlana bilər.
Mütəxəssis deyib ki, sürətli yorğunluğun səbəbini yalnız həkim yoxlama və müayinələrin nəticələrinə əsasən müəyyən edə bilər. Eyni zamanda, onun fikrincə, əgər yorğunluğun səbəbi həddindən artıq yüklənmədirsə, insan istirahət etməyi öyrənməli, mütəmadi olaraq kifayət qədər yuxu almağa çalışmalı, həftə sonları və bayramlarda iş haqqında düşünməyi dayandırmalıdır.
Pərvanə Sultanova



