Ukraynanın keçmiş prezidenti Petro Poroşenko yenidən milyarderlər siyahısına düşüb. Eyni zamanda, o, ölkəsinin ən zəngin 3 vətəndaşı sırasına daxil olub.
525.az xəbər verir ki, bu barədə “İnsider” vergi bəyannaməsi məlumatlarına istinadən yazıb.
Materialda qeyd olunur ki, son iki ildə keçmiş dövlət başçısı əvvəlki dövrlə müqayisədə 20 dəfədən çox varlanıb. Poroşenkonun milyarderlər siyahısından çıxması faktı 2022-ci ilin sonunda məlum olub. 20 ən varlı ukraynalının siyahısında “Roshen” qənnadı konserninin sahibi 12-ci yerdə qərarlaşıb. Bildirilib ki, fevral-dekabr aylarında onun sərvəti 1,6 milyard dollardan 730 milyon dollara qədər azalıb. 2023-cü ildə isə iş adamı və siyasətçinin varidatı 954 milyon dollara yüksəlib və itiridiklərinin bir hissəsini geri qaytara bilib.
Pərvanə Sultanova