ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkiləri uduzsa belə, Qərb ölkələri münaqişəni dayandırmaq üçün Kiyevə təzyiqlərini artırmağa davam edəcəklər.
525.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
Qeyd olunub ki, Kiyev bundan xəbərdardır, ona görə də Ukrayna diplomatik yolla öz “sülh formulu”nu irəli sürməklə və Rusiya ilə ikinci beynəlxalq sülh konfransına hazırlığa başlamaqla hadisələri qabaqlamağa çalışıb. Bu tədbirin noyabr ayında keçirilməsi planlaşdırılır.
Nəşr xatırladıb ki, Tramp bir gecədə Ukraynaya sülh gətirəcəyini bəyan edib, lakin siyasətçinin necə hərəkət etmək niyyətində olduğunu heç kim dəqiq bilmir. Onun dönəmində çalışmış bir neçə keçmiş məmur və müşaviri isə Trampın Qərbin əhəmiyyətli təhlükəsizlik zəmanətləri müqabilində ərazinin qeyri-rəsmi olaraq güzəştə gedilməsini nəzərdə tuta biləcəyini irəli sürüblər. Bu fonda Kiyev və onun bir çox avropalı müttəfiqləri Tramp administrasiyasının ABŞ-ın əlavə silahlarını əldə etməklə Ukraynanı ədalətsiz və qeyri-sabit sülhə məcbur edəcəyindən narahatdırlar.
Nəşrə görə, bununla belə, Qərbin hazırkı hərbi dəstəyi və Ukrayna resurslarının daxili səfərbərliyi ilə belə, Kiyevin qələbəyə aparan ortamüddətli perspektivli yolu yoxdur və Avropa hələ də addım atmaq istəmir: “Qərb paytaxtlarının əksəriyyəti Kiyevin danışıqlara başlamaq üçün mümkün olan ən güclü mövqeyə malik olmasını istədiklərini deyir. Ehtimal olunur ki, Ukrayna Silahlı Qüvvələri məhz buna görə Rusiya ərazisinə daxil olub. Ancaq işğaldan əvvəl Ukraynanın qısa müddətdə danışıqlara nail olmaq üçün bir neçə variantı var idi. Kiyev şərq cəbhəsində mövqelərini itirir, Rusiya isə əksinə, onları gücləndirib”.
Pərvanə Sultanova