|
|
|
|

Ermənistanın Rusiyadakı yeni səfiri Qurgen Arsenyan təyin olunub.
525.az İNTERFAX-a istinadən xəbər verir ki, ölkə prezidenti Vaaqn Xaçaturyan bununla bağlı fərman imzalayıb.
Qurgen Arsenyan buna qədər Ermənistan parlamentinin deputatı idi. Avqustun əvvəlində o, deputat mandatından istefa verib.
Q.Arsenyan Ermənistan mətbuatına açıqlamasında bildirib ki, məqsədi Ermənistanla Rusiya arasında münasibətləri yumşaltmaq, ölkələr arasında danışıq və münasibətlər alqoritmini dəyişməkdir.
Qeyd edək ki, buna qədər Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan olub.
İbrahim Cəfərov



