|
|
|
|

Əslində respublika ərazisində ictimai-siyasi vəziyyət normaldır. Fövqəladə vəziyyət havaların isti keçməsi ilə əlaqədar tətbiq olunub.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, respublika ərazisində havaların həddən artıq isti və quraq keçməsi bir çox kənd təsərrüfatı məhsullarının tələfi ilə nəticələnib. Üstəlik, yabanı bitkilərin də quruması halları artıb.
Respublikanın kənd təsərrüfatı nazirliyinə 200-dən çox müraciət daxil olub. Vəziyyətin olduqca gərgin olması üzündən ölkə rəhbərliyi aqrar sahədə fövqəladə vəziyyət elan edib.
Qeyd edək ki, bu il bəzi günlər respublika ərazisində 35-40 dərəcə isti hökm sürüb. Üstəlik, ardıcıl 10 gün yağış yağmaması bir çox torpaq sahələrinin tam susuzlaşmasına və bitkilərin məhvinə səbəb olub.
L.Tağıyeva



