|
|
|
|

Apellyasiya Palatası Mərkəzi Seçki Komissiyasının Moldova müxalifətinin “Qələbə” blokunu qeydə almaqla bağlı imtinasını təmin etsə belə, siyasi qüvvə ölkədə keçiriləcək referendumda və prezident seçkilərində iştirak edə biləcək.
525.az xəbər verir ki, bu barədə siyasi blokun rəhbərinin müavini Marina Tauber deyib.
“Ümid edirik ki, məhkəmə müdafiəmizin hüquqi dəlillərini, arqumentlərini qəbul edəcək və ölkəmizə oktyabrın 20-də azad, şəffaf seçkilərin keçirilməsi hüququn verəcək. Amma biz bu qərardan asılı deyilik, yenə də haqqımızı müdafiə edəcəyik”, - siyasətçi deyib.
Onun sözlərinə görə, mənfi qərar verilsə belə, bu, Vasili Bolyanın qeydiyyatdan keçə bilməyəcəyi anlamına gəlmir: “Həm prezident seçkilərində, həm də referendumda hələ də necə iştirak etmək barədə birdən çox hüquqi cəhətdən əsaslandırılmış qərarımız var”, - Tauber əlavə edib.
Avqustun 12-də “Qələbə” bloku prezident seçkilərində iştirak qadağası ilə bağlı məhkəməyə müraciət edib. Ötən həftə Moldova Mərkəzi Seçki Komissiyası müxalif blokun prezident seçkilərində iştirakla bağlı müraciətini rədd edib.
Moldovada prezident seçkiləri oktyabrın 20-də keçiriləcək. Hakim PAS partiyası eyni tarixə Avropa İttifaqına üzv olmaq üçün referendum təyin edib.
Pərvanə Sultanova



