|
|
|
|

Ukraynanın qərbindəki Ternopol vilayətinin Dobrovodı kəndində 45 yaşlı hərbi geyimli kişi avtomatdan insanlara tərəf atəş açıb.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ternopol vilayətinin polisi məlumat yayıb.
Məlumata görə, Jitomir vilayətinin 45 yaşlı sakini avtomatdan insanlara bir neçə dəfə atəş açıb, nəticədə 2 nəfər ölüb, daha 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, hücum edən şəxs qaçmağa çalışıb, lakin daha sonra polisin xüsusi əməliyyatı zamanı saxlanılıb.



