|
|
|
|

“Real” yaxşı oyun sərgilədi və qələbəyə layiq olduğunu göstərdi. Hansı səhvlərimizin olduğunu analiz edəcəyik”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Barselona”nın baş məşqçisi Luis Enrike “Real”a uduzduqları (1:3) oyundan sonra keçidiyi mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis dörd aylıq cəzadan sonra Luis Suaresi start heyətində meydana buraxdığı üçün peşman olmadığını bildirib:
“Suares meydanda olduğu müddətdə özünü ən yaxşı tərəfdən göstərdi. Hətta gözlədiklərimdən də artığını etdi”.



