|
|
|
|

Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən amerikalı Ryan Uesli Raut eks-prezidentin tərəfdarı olub və 2016-cı il seçkilərində ona səs verib, lakin sonradan məyus olub.
525.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri məlumat yayıb. Qeyd edilib ki, Raut sosial mediada çox aktiv olub və “X” səhifəsində Trampın daha yaxşı prezident olacağı ümidi ilə 8 il əvvəl ona səs verib.
“2016-cı ildə sizi seçəndə mən və bütün dünya prezident Trampın fərqli və daha yaxşı namizəd olacağına ümid edirdik, amma hamımız çox məyus olduq və görünür, siz getdikcə daha da pisləşir, alçalırsınız”, - o bildirib.
Sentyabrın 15-də Floridada Donald Tramp qolf klubunda olarkən atışma baş verib. O, xəsarət almayıb. Şübhəli şəxs hazırda demokratları və Ukraynanı dəstəkləyən Havaydan olan 58 yaşlı Ryan Uesli Raut olub. Bu hadisə Pensilvaniyada Trampa sui-qəsddən iki ay sonra baş verib.
Pərvanə Sultanova



