|
|
|
|

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astanada Almaniya kansleri Olaf Şoltsla görüşü zamanı Rusiyanın hərbi cəhətdən yenilməz olduğunu bildirib.
525.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında yerləşdirilən nitqində qeyd edilib.
“Fakt budur ki, Rusiya hərbi cəhətdən yenilməzdir. Müharibənin daha da genişlənməsi bütün bəşəriyyət və ilk növbədə Rusiya-Ukrayna münaqişəsində bilavasitə iştirak edən bütün ölkələr üçün çox ağır nəticələrə gətirib çıxaracaq”, - Tokayev bildirib.
Əlavə edib ki, müxtəlif dövlətlərin bütün dinc təşəbbüslərini diqqətlə nəzərdən keçirmək və hərbi əməliyyatların dayandırılması barədə qərara gəlmək lazımdır.
Pərvanə Sultanova



