ABŞ Məxfi Xidməti prezidentliyə Respublikaçılar Partiyasından namizəd Donald Trampa ikinci sui-qəsdin baş verdiyi qolf klubunun ərazisində əvvəlcədən axtarış aparmadığını etiraf edib.
525.az xəbər verir ki, bu barədə “New York Times” (NYT) məlumat yayıb.
“Tramp qolf oynamaq üçün oraya gəlməmişdən əvvəl Məxfi Xidmət ərazidə axtarış aparmayıb. Bu etiraf Pensilvaniyadakı oxşar epizoddan iki ay sonra onsuz da təzyiq altında olan departamenti yenidən nəzarət altına alır", - nəşr yazıb.
Sentyabrın 15-də Floridada Trampın qolf klubunda ABŞ prezidentliyinə namizəd qolf oynayarkən atışma baş verib. O, xəsarət almayıb. FTB hadisəni sui-qəsd cəhdi kimi araşdırır. Şübhəli şəxs saxlanılıb.
Amerika mediası yazıb ki, bu, demokratları və Ukraynanı dəstəkləyən Havaydan olan 58 yaşlı Rayan Uesli Routdur. Hadisə Pensilvaniyada Trampa sui-qəsddən iki ay sonra baş verib.
Pərvanə Sultanova