Almaniyanın xarici işlər naziri Annalena Berbok bu qış Ukraynaya 100 milyon avro ayrılacağını açıqlayıb.
525.az xəbər verir ki, bu barədə “Reuters” xəbər yayıb.
Nazir Kiyevi dəstəkləmək üçün yeni vəsaitin ayrılmasını Rusiyanın ukraynalıların həyatını çətinləşdirmək və daha dözülməz etmək üçün ölkənin enerji infrastrukturuna qışda silsiləsi hücumlar planlaşdırması ilə izah edib.
Sentyabrın 11-də ABŞ dövlət katibi Antoni Blinken Kiyevə səfəri zamanı bildirib ki, Vaşinqton Ukraynaya dəstək üçün əlavə 700 milyon dollar ayırır. Onun sözlərinə görə, Ukraynanın enerji infrastrukturunun bərpasına 325 milyon dollar xərclənəcək. Daha 290 milyon dollar isə Ukrayna əhalisinə humanitar yardım üçün ayrılacaq.
Pərvanə Sultanova