Çin əvvəlki kimi Kosovo məsələsində Serbiyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir, Kosovodakı etnik serblərin təhlükəsizliyinin, qanuni hüquq və maraqlarının qorunmalı olduğunu hesab edir.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Məlimata görə, Priştinada polis Kosovonun şimalında etnik serblərə qarşı zorakılıqla müşayət olunan reydlər keçirib, dörd serb həbs edilib. Kosovonun şimal hissəsində yerləşən Serbiya Milli Bankından serb pul vahidi müsadirə edilib. Kosovoda vəziyyət yenidən gərginləşib.
Çin rəsmisi deyib ki, birtərəfli hərəkətlər problemin həllinə kömək etməyəcək və yalnız regional təhlükəsizlik və sabitliyi pozacaq: "Müvafiq tərəflər praktiki və konstruktiv dialoqa davam etməli və Kosovo probleminin davamlı həllini fəal şəkildə axtarmalıdırlar".
Pərvanə Sultanova