İsrail rəhbərliyi altı həftə ərzində Livanda Hizbullah hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyata başlaya bilər.
525.az xəbər verir ki, xəbər verir ki, bu barədə Jerusalem Post qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, yekun rolu qış faktoru oynamağa başlayır. Qeyd olunub ki, əgər əməliyyat dörd-altı həftə geciksə, o zaman bu, ya tamamilə qeyri-mümkün olacaq, ya da gələn ilin yazına qədər vəziyyət daha da mürəkkəbləşəcək.
JPost mənbələri Livanın dağlıq bölgələrində qışda hava şəraitinin Qəzza zolağının səhralarında İsrail Müdafiə Qüvvələrinin qarşılaşdığı hava şəraitindən qat-qat sərt və daha çətin olduğunu bildirir. Bundan əlavə, vurğulanıb ki, genişmiqyaslı hərbi əməliyyatların gecikdirilməsi şimal sərhəd bölgələrindən təxliyə edilən 60 min israillinin daha altı ay evlərindən kənarda qalmağa məcbur olacağı anlamına gəlir ki, bu da İsraildə getdikcə daha çox etiraza səbəb olan haldır.
Pərvanə Sultanova