NATO bir neçə ay ərzində Yaxın Şərqdə ofisini açmağı planlaşdırır.
525.az xəbər verir ki, “The National” qəzetinə müsahibəsində bu barədə Alyansın Afrika və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bildirib.
O qeyd edib ki, Əmmanda yerləşəcək sözügedən ofis səfirlik modelində fəaliyyət göstərəcək: “Bu səfirlik bizə siyasi məlumat toplamaqda, insanlarla ünsiyyət qurmaqda və vəziyyətin necə dəyişdiyini daha yaxşı anlamaqda kömək edəcək”.
Xavyer Kolominanın sözlərinə görə, Alyansın Yaxın Şərqə xüsusi diqqət ayırması Ukraynaya verilən dəstəyə heç cür təsir göstərməyəcək.
“Biz bir çox yerlərdə qeyri-sabitlik görürük. Bizim təşkilat çox ciddi təşkilatdır və onun güclü tərəfləri müdafiə və təhlükəsizlik siyasətidir. Narahatlığa səbəb olan məsələləri həll etmək üçün güclü tərəflərimizi tətbiq etməliyik”, - deyə diplomat əlavə edib.
İbrahim Cəfərov