Adriatik dənizində yeni Bermud üçbucağı tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Yeni Bermud üçbucağı Cabuka və Brusnik adaları arasındakı ərazidə və Komij körfəzinin bir hissəsində yerləşir. Mütəxəssislər güman edirlər ki, dibdəki qayalar kompasların fəaliyyətinə mane olur. Daha əvvəl bu ərazidə bir neçə qəza baş verib. Həmçinin bir neçə gəmi və təyyarənin də burada yoxa çıxdığı iddia olunur. Sözügedən sahədə maqnit pozuntularının olduğunu hərbi donanma da qeyd edib. Böyük ehtimalla, cihazların işinə dənizin dibindəki və yaxınlıqdakı adaları təşkil edən vulkanik süxurlar təsir göstərir.
Daha əvvəl bildirilmişdi ki, Bermud üçbucağında gəmilərin yoxa çıxması bu bölgədə müşahidə edilən nəhəng dalğalarla əlaqələndirilə bilər. Okeanoqrafların sözlərinə görə, Bermud üçbucağının yerləşdiyi ərazidə dalğaların hündürlüyü 30 metrə çata bilər. Onların meydana gəlməsinə isə ən çox güclü fırtınalar səbəb olur.
İbrahim Cəfərov