“Avropa İttifaqının ölkələri öz müdafiə sistemini qurmalı və ABŞ-nin təhlükəsizlik zəmanətlərinə etibar etməyi dayandırmalıdırlar”.
525.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Litvanın Baş naziri İnqrida Şimonite deyib.
Hökumət başçısı qeyd edib ki, gələcəkdə çox şey ABŞ-nin növbəti prezidentinin komandasına kimlərin qoşulacağından asılı olacaq.
İnqrida Şimonitenin sözlərinə görə, Litva ABŞ-nin 45-ci prezidenti Donald Trampın təhlükəsizlik məsələləri ilə bağlı səsləndirdiyi fikirləri bölüşür.
“Xüsusilə, Tramp Avropanın çox uzun müddət Amerika təhlükəsizlik zəmanətlərinə arxalanması faktını pisləyərkən - bu, sərt, lakin ədalətli fikirdir. Buna görə də Avropa İttifaqı öz müdafiəsi məsələsini mütləq müstəqil şəkildə həll etməli və müdafiə sənayesi qurmalıdır”, - deyə litvalı siyasətçi vurğulayıb.
İ.Şimonite əlavə edib ki, Ağ evin sahibinin kim olmasından asılı olmayaraq, o, Avropanı geosiyasətin mühüm hissəsi hesab etməlidir. Əgər ABŞ diqqətini digər regionlara yönəltsə, bu, Rusiya üçün hədiyyə olacaq.
İbrahim Cəfərov