“Gürcüstan prezidenti Salome Zurabişvili seçki qanunvericiliyini kobud şəkildə pozur”.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Gürcüstan konstitusiyasına görə, Prezident partiyasız olmalıdır. Bu o deməkdir ki, o, seçki proseslərinə qarışmamalıdır. Lakin biz əksini görürük. Bu, təbii ki, seçki prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - deyə Kobaxidze bildirib.
Baş nazir əlavə edib ki, Prezidentin dəstəklədiyi radikal müxalifət birbaşa gürcü xalqının dəyərlərinə və respublikanın milli maraqlarına qarşı çıxır.
İbrahim Cəfərov