|
|
|
|
Çinin ən böyük şəhəri Şanxayın mərkəzi Chongming rayonunda yaşayan 9 min 318 nəfərin yaxınlaşan Bebinca qasırğası səbəbindən təxliyə olunaraq təhlükəsiz bölgələrə yerləşdirilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, bu gecədən etibarən Çin sahillərini təsir edəcəyi gözlənilən qasırğa ilə əlaqədar təcili tədbirlərin görüldüyü açıqlanıb.
Açıqlamada, tədbirlər çərçivəsində şəhər mərkəzinin şimalındakı Chongming rayonunda yaşayan və qasırğanın birbaşa təsirinə məruz qalması gözlənilən 9 min 318 nəfərin təxliyə edildiyi bildirilib.
20:00-dan etibarən şəhərin Pudong və Hongchiao hava limanlarında bütün uçuşlar ləğv edilib, şəhərin mərkəzindəki Yanqşan Su Limanı boşaldılıb.
Görülən tədbirlərə görə 600-dən çox reys təxirə salınıb.
Çin Meteorologiya İdarəsinin məlumatına görə, sürəti saatda 151 kilometrə çatan küləkləri daşıyan Bebinca qasırğası bu gecədən etibarən ölkənin şərq sahillərinə təsir edəcək.
Malik Atilay