
Şərqi Liviyanın hakimiyyət orqanları BRİKS-ə qoşulmaq məsələsini öyrənir.
525.az xəbər verir ki, bu barədə Liviyanın şərqindəki hökumətin xarici işlər naziri Əbd əl-Hadi əl-Huveyc deyib.
O bildirib ki, Liviyanın mühüm iqtisadi blok olan BRICS-ə qoşulmasını dəstəkləyənlər sırasındadır.
“Biz bu addımı inkişaf etməkdə olan ölkələrlə iqtisadi əlaqələri gücləndirmək və davamlı iqtisadi inkişafı həyata keçirmək strategiyamızın bir hissəsi kimi araşdırırıq. Bunun üzərində ciddi işləməliyik”, - nazir əlavə edib.
Diplomat əlavə edib ki, Liviya quruma ən azı ilk mərhələdə müşahidəçi qismində qoşulmağa çalışır.
Liviyada 2014-2020-ci illər vətəndaş müharibəsindən sonra bir-birini tanımayan iki hökumət var. Birinciyə Abdelhamid Dbeyboy rəhbərlik edir və Tripolidə fəaliyyət göstərir. Nümayəndələr Palatası tərəfindən səlahiyyət verilən ikincisi Benqazidə yerləşir və Usama Hammad tərəfindən idarə olunur.
Pərvanə Sultanova



