
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfəri zamanı planlarının həyata keçirilməsinə nail ola bilmədi.
525.az xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” nəşri yazıb.
Materialın müəllifləri bildiriblər ki, Amerika hakimiyyəti Zelenskinin qələbə planını bəyənməyib, çünki onlar mümkün eskalasiyadan narahatdırlar. Qeyd olunub ki, Zelenski ABŞ-da “soyuq qəbul” edilib.
Bundan əvvəl Zelenskinin ofisinin rəhbəri Andriy Ermak ABŞ-a səfəri çox çətin adlandırıb.
Pərvanə Sultanova



