
ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxşı münasibətləri var. Tramp impiçment qalmaqalı zamanı Ukrayna liderinin hərəkətlərini yüksək qiymətləndirir.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV sabiq ABŞ liderinin “The Washington Post” qəzetinə müsahibəsinə istinadən məlumat yayıb.
“Zelenski ilə yaxşı münasibətim var idi. O, xoşuma gəlir”, - Tramp deyib.
ABŞ-nin keçmiş prezidentinin sözlərinə görə, buna səbəb mümkün impiçmentlə bağlı qalmaqal zamanı Zelenskinin hərəkətləridir.
“O (Zelenski - red.) deyə bilərdi ki, lentə alınmadan (söhbətin - red.) xəbəri yoxdur. Amma “Bəli, özümə təhdid hiss edirdim” demək əvəzinə, o belə dedi: “O (Tramp - red.) qəti olaraq səhv bir şey etməyib”, - amerikalı siyasətçi sözlərinə əlavə edib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftə ABŞ-yə səfəri zamanı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşüb.



